Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən bu ilin yanvar-may ayları ərzində ümumilikdə 3583 daşınmaz əmlak obyektinə dair texniki sənəd hazırlanıb. Bunlardan 1330-u daşınmaz əmlakın texniki pasportu, 2253-ü isə torpaq sahəsinin planı və ölçüsüdür.
Naxçıvan MR İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, hesabat dövründə 337 torpaq sahəsi, 85 mənzil, 53 qeyri-yaşayış binası, 44 fərdi yaşayış evi və 40 qeyri-yaşayış sahəsi olmaqla, ümumilikdə 559 daşınmaz əmlak obyektinə yeni ünvan verilib. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,7 faiz çoxdur.
