Cari ilin yanvar–may aylarında Naxçıvanda maliyyələşdirilmiş güzəştli kredit məbləğinin 56,7 faizi kənd təsərrüfatı, 28,4 faizi xidmət, 14,9 faizi isə sənaye sahələrinə yönəldilib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, qeyd edilən dövr ərzində maliyyələşdirilmiş layihələrin 91,7 faizi, güzəştli kredit məbləğinin isə 68,1 faizi regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.
