2026-cı ilin yanvar-may aylarında ölkədən 41 milyon 880,78 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,1 faiz çoxdur.
Dövlət Gömrük Komitəsindən NUHÇIXAN-a bildirilib ki, ixrac edilən qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 24,6 faiz artaraq 46 milyon 428,58 min dollar olub.
Xatırladaq ki, 2025-ci ilin yanvar-may aylarında isə Azərbaycandan 37 milyon 257,55 min dollar dəyərində yəni, 32 milyon 954,2 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.
