Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda Günəş elektrik stansiyalarına investisiyaları maliyyələşdirəcək
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) gələcəkdə Azərbaycanda enerji sahəsində Günəş elektrik stansiyalarına investisiyaları maliyyələşdirəcək.
NUHÇIXAN xəbər verir ki, bunu AZƏRTAC-ın sualına cavab olaraq QDTİB-nin prezidenti Serhat Köksal deyib.
“Hazırda bu barədə daha ətraflı məlumat verə bilmirik, lakin danışıqlar davam edir. Azərbaycan üzrə logistika, turizm və təhsil də daxil olmaqla bir çox sahədə layihələr üçün maliyyələşmə cəlb edəcəyik”, - deyə o bildirib.
Serhat Köksalın sözlərinə görə, bankın məqsədi həm Azərbaycanın, həm də banka üzv digər ölkələrin inkişafına töhfə vermək, eyni zamanda, bu ölkələr arasında ticarət əlaqələrini daha da genişləndirməkdir.
