Nazir: Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda kiçik və orta biznesə dəstəyini genişləndirməyi planlaşdırır

A- A A+

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanda kiçik və orta biznesə dəstəyini genişləndirməyi planlaşdırır.

NUHÇIXAN xəbər verir ki, bu sözləri maliyyə naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib.

“Növbəti dövrdə QDTİB ilə əməkdaşlığımızın daha da genişləndirilməsi nəzərdə tutulur. Bugünkü müzakirələrdə Azərbaycanda, eləcə də Cənubi Qafqaz və Qara dəniz regionunda transmilli və regional layihələrin genişləndirilməsi diqqət mərkəzində olub. Xüsusilə nəqliyyat dəhlizləri və enerji layihələrinin daha geniş şəkildə dəstəklənməsi, həmçinin Azərbaycanda və digər üzv ölkələrdə özəl sektora, xüsusən kiçik və orta biznesə maliyyə dəstəyinin artırılması məsələləri müzakirə edilib”, - deyə nazir bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: