Azərbaycandan ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci olub

A- A A+

Cari ilin yanvar-may aylarında (qeyri-monetar qızıl istisna olmaqla) ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (167,6 milyon dollar) birinci olub. Qızıl ixracından əldə edilən gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 38,2 faiz çoxdur.

NUHÇIXAN İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyun nömrəsinə istinadla xəbər verir ki, bu siyahıda tomat (119,8 milyon dollar) ikinci, mis filizləri (112,5 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.

2026-cı ilin may ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında tomat (44,6 milyon dollar) birinci olub. Bu siyahıda qızıl (36,5 milyon dollar) ikinci, çiyələk (26,6 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.

2026-cı ilin yanvar-may aylarında (qeyri-monetar qızıl istisna olmaqla) Rusiya Federasiyasına 433,7 milyon dollar, Türkiyəyə 306,1 milyon dollar, Gürcüstana 229,7 milyon dollar, İsveçrəyə 178,7 milyon dollar, Ukraynaya isə 67,9 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2026-cı ilin may ayında Rusiya Federasiyasına 127,1 milyon dollar, Türkiyəyə 86,8 milyon dollar, Gürcüstana 53,8 milyon dollar, İsveçrəyə 39,1 milyon dollar, Amerika Birləşmiş Ştatlarına 15,2 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: