Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,65 ABŞ dolları və ya 0,9 % azalaraq 71,81 ABŞ dolları təşkil edib.
Bu barədə NUHÇIXAN-a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 68,17 ABŞ dolları təşkil edib.
