"Facebook"un son 2 ayda Azərbaycandakı bazar payı 4 dəfə azalıb

A- A A+

Bu ilin iyun ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) "YouTube"un bazar payı 73,07 % təşkil edib.

NUHÇIXAN-ın "Statcounter" agentliyinin hesabatına istinadən verdiyi xəbərə görə, bu, may ayına nisbətən 39,55 faiz bəndi, 2025-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 52,5 faiz bəndi çoxdur.

İkinci pillədə qərarlaşan "Facebook"un bazar payı ay ərzində 13,06 faiz bəndi, il ərzində isə 18,65 faiz bəndi azalaraq 7,43 % təşkil edib. Sosial şəbəkənin bazar payı ardıcıl olaraq 2-ci aydır azalır (ümumi azalma 4 dəfə təşkil edib).

Növbəti yerdəki "Instagram"ın bazar payı ay ərzində 11,57 faiz bəndi, illik isə 25,15 faiz bəndi azalaraq 6,92 % təşkil edib.

Dördüncü pillədəki "Pinterest"in bazar payı aylıq 5,07 faiz bəndi, illik müqayisədə isə 4,08 faiz bəndi azalaraq 2,9 % təşkil edib.

İlk beşliyi 2,55 %-lik bazar payı ilə "X" qapayır. Sosial şəbəkənin bazar payı aylıq 5,74 faiz bəndi, illik müqayisədə isə 7,13 faiz bəndi azalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: