Azərbaycandan Türkiyəyə ixracın dəyəri 1,39 milyard dollar olub

A- A A+

Cari ilin yanvar-may aylarında Azərbaycandan Türkiyəyə 1 milyard 397 milyon 442,16 min dollar dəyərində məhsul ixrac olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz və ya 34 milyon 82,59 min dollar azalma deməkdir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında deyilir.

Hesabat dövrü ərzində Azərbaycan Türkiyədən 939 milyon 988,16 min dollar dəyərində məhsul idxal edib ki, bu da illik müqayisədə 7,2 faiz və ya 72 milyon 783,17 min dollar azdır.

Bu göstəricilər Azərbaycanın ümumi ixracının 10 faizini, ümumi idxalının isə 13,79 faizini təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: