Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 1,3 milyard dolları ötüb

A- A A+

Bu ilin yanvar-may aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin dəyəri 1 milyard 366 milyon 745 min ABŞ dolları təşkil edib.

NUHÇIXAN-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,7 % azdır.

Hesabat dövründə Rusiya ilə ticarət ümumi dövriyyənin 6,5 %-i qədər olub.

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 788 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 13 milyard 970 milyon ABŞ dolları ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 31,6 % azalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: