Dünya bazarında neft qiymətlərinin enmə tendensiyası başlayıb

A- A A+

Bir neçə həftə əvvəl dünya bazarında neft defisiti yaşanırdısa bu gün artıq profisit müşahidə olunur ki, bu da qiymətlərə təsirsiz ötüşmür. Bir ay əvvəl neftin 1 barelinin qiyməti 100 dolları ötmüşdüsə bu gün 70 dollar ətrafında satılır.

NUHÇIXAN xəbər verir ki, bazarın tələb və təklif prinsipinə əsasən bazara artıq həcmdə neft daxil olanda qiymətlər aşağı düşür. Bu gün Hörmüz boğazından tankerlərin sərbəst keçməsi qiymətləri sabit həddə saxlayır. Lakin İran-ABŞ razılaşmasına əsasən müvəqqəti olaraq İrana dünya bazarına neft ixrac etmək üçün sanksiyaların aradan qaldırılması, Rusiya iqtisadiyyatındakı gərginliyi aradan qaldırmaq üçün neft ixracını artırması qiymətlərin düşməsinə səbəb olub.

“Bloomberg” agentliyi beynəlxalq analitiklərin fikirlərini təhlil edərək qeyd edib ki, cari ilin sonuna kimi dünya bazarında neftin qiyməti 60 dollar və daha aşağı qiymətə satılacaq. Hələlik Avropa dövlətləri Körfəzdəki hərbi əməliyyatlar zamanı istifadə etdikləri ehtiyatların yerini doldurmağa çalışırlar. Bu proseses başa çatdıqdan sonra qiymətlərdə yenə də enmə müşahidə olunacaq.

Dünya neft istehlakçıları arasında yüksək həcmdə neftə ehtiyacı olan Hindistan ilə Çinin neft ayırma zavodları da iri həcmdə neft almağa başlayıblar. Həmçinin OPEC tərəfindən hasilatın daha da artırılması gözlənilir. Hazırda Hörmüz boğazının açılması ilə əlaqədar olaraq dünya bazarına gündəlik 60 milyon barel neft daxil olur.

“Citigroup”un proqnozuna əsasən, yay mövsümündə yanacağa tələbat qış mövsümünə nisbətən az olduğu üçün qiymətlərdə enmə prosesi davam edəcək. Eyni məsələ mayeləşdirilmiş təbii qaza (LNG) da aiddir. Avropa İttifaqı ölkələri anbarları boğaz açıq olduğu üçün ambarları tez bir zamanda dolduracaq və bundan sonra qazın da qiymətində enmə müşahidə olunacaq. Neftin qiymətinin aşağı düşməsi qlobal bazarlarda inflyasiyasının qarşısını alaraq istehlak mallarının qiymətinə təsir edəcək, nəticədə qiymətlər aşağı düşəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: