Azərbaycan Türkmənistanla biznes tərəfdaşlığını gücləndirir - FOTOLAR

A- A A+

Azərbaycan və Türkmənistan arasında iqtisadi dialoqun və biznes tərəfdaşlığının gücləndirilməsi müzakirə edilib.

NUHÇIXAN xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

M. Cabbarov bildirib ki, Azərbaycan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak üçün Türkmənistana işgüzar səfəri çərçivəsində bu ölkənin Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredovla görüşüb.

"Azərbaycan ilə Türkmənistan arasında iqtisadi dialoqun və biznes tərəfdaşlığının daha da gücləndirilməsi perspektivlərini vurğuladıq, enerji sektorunda əməkdaşlığın genişləndirilməsi, eləcə də birgə fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məsələlərini müzakirə etdik",- deyə nazir qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: