İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
DVX-dən NUHÇIXAN-a bildirilib ki, indiyədək ölkə ərazisində 114 min 501 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
Bu ilin yanvar-iyun aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 14 milyard 779,5 milyon manat olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 923,4 milyon manat, yaxud 15 faiz çoxdur.
