"Konstromat" ASC 2025-ci ili 3,588 milyon manat xalis mənfəətlə başa vurub.
NUHÇIXAN səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 18,6 % azdır.
Ötən il "Konstromat"ın vergiyəqədərki mənfəəti 4,485 milyon manat (əvvəlki ilə nisbətən 18,6 % az), mənfəət vergisi ödəmələri isə 897 min manat (18,6 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "Konstromat"ın aktivləri 12,443 milyon manat olub ki, bu da illik müqayisədə 63,4 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 97,9 % artaraq 5,964 milyon manat, balans kapitalı isə 40,7 % artaraq 6,478 milyon manata çatıb.
Xatırladaq ki, "Konstromat" 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 200 min manatdır. Onun səhmdarı 100 % Rasim Əkbərovdur. Şirkət tikinti materiallarının topdan satışı ilə məğuldur.
