Ölkədə kommersiya qurumlarının sayı 6,8 faiz artıb - FOTOLAR

A- A A+

İyul ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 713 min 937 vergiödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Dövlət Vergi Xidmətindən NUHÇIXAN-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 5,1 faiz, o cümlədən fiziki şəxslərin sayı 5 faiz, hüquqi şəxslərin sayı 6,1 faiz artıb. İyul ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 210 min 384 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,8 faiz çoxdur.

İyun ayında 1191 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 87,7 faizi yerli investisiyalı, 12,3 faizi isə xarici investisiyalı müəssisələrdir. Kommersiya qurumlarının 84,3 faizi elektron qaydada qeydiyyata alınıb. Yanvar-iyun aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97 faiz təşkil edib.

İyulun 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,2 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: