Azərbaycanın keramika məmulatları üzrə ixrac gəlirləri 3 dəfəyədək artıb

A- A A+

Cari ilin yanvar-may aylarında Azərbaycan 44 milyon 3,77 min dollar dəyərində keramika məmulatları idxal edib. Bu göstərici 2025-ci ilin eyni ayları ilə müqayisədə 5,3 faiz çoxdur.

NUHÇIXAN Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, hesabat dövründə, həmçinin ölkədən 5 milyon 2,55 min dollar dəyərində keramika məmulatları ixrac edilib. Bu isə illik müqayisədə 2,7 dəfə artım deməkdir.

Hesabat dövründə keramika məmulatları üzrə ixrac Azərbaycanın ümumi ixracının 0,04 faizini, idxalı isə ümumi idxalın 0,65 faizini təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında keramika məmulatları üzrə idxal 41 milyon 788,37 min dollar, ixrac isə 1 milyon 825,66 min dollar olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: