“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) SOCAR ilə yaratdığı birgə müəssisəyə məxsus “Aframax” tipli “Zəngəzur” tankeri Böyük Britaniyanın sanksiyalar siyahısından çıxarılıb və ona münasibətdə tətbiq edilmiş sanksiyalar tamamilə ləğv edilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.
Bildirilir ki, müvafiq qərar Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Ofisi (FCDO) tərəfindən iyulun 7-də qəbul olunub. Məsələnin müsbət həlli Azərbaycan dövləti tərəfindən əlaqələndirilmiş diplomatik və hüquqi fəaliyyət nəticəsində mümkün olub.
Xatırladaq ki, cari ilin aprel ayında Avropa İttifaqı Şurasının müvafiq qərarı ilə ASCO-ya məxsus "Zaqatala" gəmisi, eləcə də ASCO ilə SOCAR-ın birgə müəssisəsinə məxsus "Şuşa”, "Qarabağ”, "Xankəndi” və "Zəngəzur" tankerləri Avropa İttifaqının da sanksiyalar siyahısından çıxarılıb.
