Azərbaycanın Qazaxıstandan məhsul idxalının dəyəri 5 dəfə azalıb

A- A A+

Cari ilin yanvar-may aylarında Azərbaycandan Qazaxıstana 50 milyon 736,06 min dollar dəyərində məhsul ixrac olunub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 12,7 faiz və ya 5 milyon 716,95 min dollar artım deməkdir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.

Hesabat dövrü ərzində Azərbaycan Qazaxıstandan 85 milyon 260,77 min dollar dəyərində məhsul idxal edib ki, bu da illik müqayisədə 5 dəfə və ya 337 milyon 355,03 min dollar azdır.

Hesabata əsasən, bu göstəricilər Azərbaycanın ümumi ixracının 0,36 faizini, ümumi idxalının isə 1,25 faizini təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: