Son 24 saat ərzində kriptovalyuta bazarında əsasən müsbət dinamika qeydə alınıb.
NUHÇIXAN xəbər verir ki, ən böyük kriptovalyuta olan Bitcoin (BTC) 2,96% bahalaşaraq 63 811,42 ABŞ dollarına yüksəlib.
Qızıl əsaslı tokenlərdən PAX Gold (PAXG) 1,53% artaraq 4 115,91 ABŞ dollarına, Tether Gold (XAUt) isə 1,44% bahalaşaraq 4 108,92 ABŞ dollarına çatıb.
Altkoinlər arasında Ethereum (ETH) 2,20% artaraq 1 769,68 ABŞ dollarına, BNB 1,23% bahalaşaraq 574,19 ABŞ dollarına, Bitcoin Cash (BCH) isə 3,76% yüksələrək 241,95 ABŞ dollarına satılıb.
Digər əsas kriptovalyutalardan Monero (XMR) 0,68% ucuzlaşıb, Bittensor (TAO) isə 5,52% bahalaşıb.
Qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması 2,19 trilyon ABŞ dollarına yüksələrək son 24 saatda 2,45% artıb.
Analitiklərə görə, bazardakı yüksəlişə əsasən investorların riskli aktivlərə marağının artması və “Bitcoin”lə yanaşı digər iri kriptovalyutalara tələbin güclənməsi təsir göstərib.
