Qızılın qiyməti həftəni itkilərlə tamamlayır

A- A A+

Qızılın qiyməti ABŞ-İran gərginliyinin artmasının inflyasiya səviyyəsini artıracağı və ABŞ Federal Ehtiyat Sisteminin sərt pul siyasətini davam etdirməyə məcbur edəcəyi ilə bağlı narahatlıqlar fonunda həftəni itkilərlə tamamlamağa yönəlib.

NUHÇIXAN xəbər verir ki, hazırda Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 4110 dollar civarındadır. Qiymətli metal bu həftə təxminən 1 faizədək dəyər itirib. Əmtəə birjalarında gümüş, platin və palladium da həftəni itkilərlə tamamlamağa hazırlaşır.

Ekspertlərin fikrincə, neft qiymətləri hazırkı səviyyələrdə qaldığı müddətcə, qızılın qiyməti də bu səviyyələrdə qalmağa davam edəcək. Lakin neftin qiymətinin kəskin artması inflyasiya və faiz dərəcəsi ilə bağlı narahatlıqların artmasına səbəb ki, bu da qızıl üçün mənfi olacaq.

“J.P. Morgan” bankının analitikləri hesab edirlər ki, əsas sektorlardan qızıla tələbat əvvəllər proqnozlaşdırıldığı qədər güclü olmayacaq. Bank cari ilin üçüncü rübündə qızılın qiymətinin 4300 dollar, dördüncü rübdə isə 4500 dollar olacağını proqnozlaşdırır. “J.P. Morgan” mərkəzi bankların alışlarının və fiziki tələbin 2027-ci ildə qızılın qiymətini dəstəkləməyə davam etdirəcəyini gözləyir.

Qızıl ənənəvi olaraq inflyasiyaya qarşı hedcinq kimi qəbul edilsə də, yüksək faiz dərəcəsi mühitində cəlbediciliyini itirir, çünki heç bir gəlir gətirmir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: