Yaxın Şərqdəki gərginliyə baxmayaraq, dünya bazarında mis qiymətləri ardıcıl ikinci həftəni artımla tamamlamağa hazırlaşır.
NUHÇIXAN xəbər verir ki, mis qiymətləri həftə ərzində 1 faiz bahalaşıb və hazırda bir tonunun qiyməti 13 min 500 dollar civarındadır. Digər əsas metallardan alüminiumun qiyməti 0,4 faiz artıb, qalay isə 0,4 faiz ucuzlaşıb.
Analitiklərə görə, Yaxın Şərqdə yenidən başlayan toqquşmalar tələbə potensial mənfi təsirini azaldıb. ABŞ və İran arasında tammiqyaslı müharibə Hörmüz boğazı vasitəsilə qlobal enerji təchizatında daha da pozuntulara səbəb ola bilər. Bu, iqtisadi artıma və mis kimi sənaye metallarına tələbata mənfi təsir göstərə bilər.
Qlobal iqtisadi artımın göstəricisi kimi qəbul edilən mis məlumat mərkəzləri və elektriklə işləyən avtomobillərin batareyaları kimi sahələrdə geniş istifadə olunur.
ABŞ-nin qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” isə 2026-cı ilin sonu və 2027-ci ilin üzrə misin bir tonunun orta qiyməti ilə bağlı proqnozlarını müvafiq olaraq 13 min 735 dollara və 13 min 800 dollara yüksəldib.
Qeyd edək ki, beynəlxalq bazarlarda əsas metalların qiymətində kəskin dalğalanmalar qeydə alınır. İlin əvvəlində mis qiymətləri rekord həddə çatmış, ötən ilin noyabr ayının ortalarından bəri 20 faizdən çox, keçən il ərzində isə 42 faizədək bahalaşmışdı.
