"Abşeron" yatağından indiyədək hasil olunan qazın və kondensatın həcmi açıqlanıb

A- A A+

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə indiyədək 4,8 milyard kubmetr qaz hasil olunub.

Bu barədə NUHÇIXAN-a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İHS mərhələsi üzrə yataqdan indiyədək 1,8 milyon tona yaxın kondensat hasil edilib.

Qeyd edək ki, "Abşeron" qaz-kondensat yatağının işlənməsinin İHS mərhələsi üzrə hasilata başlanmasından 3 il ötür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: