"Azərbaycan Dəmir Yolları" (ADY) QSC tərəfindən bu ilin yanvar-iyun aylarında 484 min tona yaxın kükürd və əlaqəli mallar daşınıb. Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 31 faizdən çox artım deməkdir.
ADY-dən NUHÇIXAN-a bildirilib ki, hesabat dövründə tranzit rejimdə daşınan kükürd yüklərinin həcmi də əhəmiyyətli dərəcədə artaraq 369 min tondan 483 min tona yüksəlib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faizdən çox artım deməkdir.
Tranzit yüklərinin əsas hissəsini qələvi metallar və metalloidlər təşkil edib. Bununla yanaşı, yeni daşınma istiqaməti kimi aktivləşən xam kükürd üzrə də təqribən 8,3 min ton yük daşınıb.
