Bank kartının üçüncü şəxslərə verilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün müvafiq qanunvericilik aktlarının qəbul olunmasına ehtiyac var
Bank sektorunda ən geniş yayılmış 3 fırıldaqçılıq növü var: avtorizə edilməmiş əməliyyatlar, manipulyasiya ilə həyata keçirilmiş əməliyyatlar, icazəli və 3-cü şəxs tərəfindən həyata keçirilmiş əməliyyatlar.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və məhsulların inkişafı departamentinin Nağdsız ödənişlərin təhlili şöbəsinin böyük mütəxəssisi Elvin Cuvarov "Maliyyə sektorunda kibertəhlükəsizlik çağırışları" mövzusunda təlimdə deyib.
“Azərbaycanda bank kartının üçüncü şəxslərə verilməsi hallarına görə məsuliyyətin müəyyən edilməsi məqsədilə müvafiq qanunvericilik aktlarının hazırlanaraq qəbul olunmasına ehtiyac var. Fırıldaqçılıq və kibertəhlükəsizlik kimi halların qarşısının alınmasında ən təsirli vasitələrdən biri qanunvericilik sahəsində müvafiq tədbirlərin həyata keçirilməsidir”, - deyə o qeyd edib.
