Hörmüzdən keçən gəmilərin sayı son 5 həftədə ən aşağı səviyyəyə enib

A- A A+

ABŞ-İran gərginliyinin yenidən artması nəticəsində Hörmüz boğazından keçən tankerlərin sayı son 5 həftədə ən aşağı səviyyəyə düşüb.

NUHÇIXAN xəbər verir ki, ABŞ və İran arasında yenidən baş verən toqquşmalar və Yaxın Şərqdə gəmilərə edilən hücumlar təhlükəsizlik narahatlıqlarını artırıb. “Kpler”in gəmi izləmə məlumatlarına görə, bazar günü boğazdan 6 gəmi keçib ki, bu da son beş həftədəki ən aşağı rəqəmdir. Boğazdan keçən tankerlər arasında 2 milyon barel İran nefti daşıyan və təxminən 500 min barel Küveyt neft məhsulları daşıyan gəmilər var. Üç boş tanker isə neft yükləmək üçün Körfəzə daxil olub. Əbu-Dabi Milli Neft Şirkətinə məxsus tanker 10-12 iyul tarixləri arasında boğazdan çıxıb. Gəmi Hindistanın Dahej limanına doğru gedir. Həftəsonu boğazdan mayeləşdirilmiş təbii qaz (LNG) tankeri keçməyib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə İranın bağlı elan etdiyi Hörmüz boğazından qanuni keçid etmək istəyən bütün gəmilər üçün açıq olduğunu açıqlayıb.

İranın ABŞ-nin hücumlarından sonra Körfəz ölkələrinə hücumlarını genişləndirməsi və Hörmüz boğazından enerji daşınmalarını təhdid etməsi fonunda neft qiymətləri 4 faiz bahalaşıb.

Beynəlxalq Enerji Agentliyinin cümə günü açıqladığı aylıq hesabata görə, ABŞ-İran sülh razılaşmasından sonra qlobal neft tədarükü iyun ayında gündəlik 4,1 milyon barel artsa da, müharibədən əvvəlki səviyyələrdən 9,4 milyon barel aşağı qalıb.

Qeyd edək ki, fevralın 28-də ABŞ/İsrail-İran müharibəsi başlamamışdan əvvəl Hörmüzdən gündəlik təxminən 130 ticarət gəmisi keçirdi. Lakin bu rəqəm müharibə zamanı bəzi günlərdə 1-ə qədər azalmış və müharibənin 100 günündə orta hesabla 10 ticarət gəmisi boğazdan keçmişdi. Beləliklə, ticarət gəmilərinin hərəkəti müharibədən əvvəlki səviyyələrlə müqayisədə 95 faizə qədər azalmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: