OPEC cari il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb.
NUHÇIXAN OPEC-in aylıq hesabatına istinadla xəbər verir ki, bu il qlobal neft tələbatının ötən illə müqayisədə 780 min barel artaraq gündəlik 105 milyon 940 min barelə çatacağı gözlənilir. Qeyri-OECD ölkələrində tələbatın 740 min barel artaraq sutkalıq 59 milyon 950 min barel, OECD ölkələrində isə 40 min barel artaraq gündəlik 45 milyon 9900 barel olacaq.
2027-ci ildə qlobal neft tələbatının bu illə müqayisədə 1 milyon 940 min barel artaraq sutkada 107 milyon 880 min barel təşkil edəcəyi proqnozlaşdırılır.
