“Brent” markalı neftin qiyməti iyunun 15-dən bəri ilk dəfə 85 dolları ötüb

A- A A+

Londonun ICE birjasında cari ilin sentyabr ayı üzrə “Brent” markalı xam neft fyuçerslərinin qiyməti iyunun 15-dən bəri ilk dəfə bir barel üçün 85 ABŞ dollarını ötüb.

NUHÇIXAN xəbər verir ki, ticarət məlumatlarına əsasən, Bakı vaxtı ilə saat 04:16-ya olan vəziyyətə görə, “Brent” markalı neftin qiyməti 2,04 faiz artaraq bir barel üçün 85,02 dollara yüksəlib.

Saat 04:23-də isə “Brent” markalı neftin fyuçersləri 2,78 faiz bahalaşaraq bir barel üçün 85,64 dollara satılıb.

Eyni zamanda, 2026-cı ilin iyul ayı üzrə WTI markalı xam neft fyuçerslərinin qiyməti 8,25 faiz artaraq bir barel üçün 80,42 dollara çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: