Bu ilin yanvar-iyun aylarında ölkədən 12 milyard 430,8 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz çoxdur.
NUHÇIXAN Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, ixrac edilən təbii qazın dəyəri 9,6 faiz azalaraq 4 milyard 105,1 milyon dollar olub.
Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycandan 4 milyard 541,6 milyon dollar dəyərində yəni, 12 milyard 364,9 milyon kubmetr təbii qaz ixrac edilib.
