Bu ilin yanvar-iyun aylarında ölkədən 486 min tondan çox xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları - tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha artıq olan məhsullar ixrac edilib. Bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 72,8 faiz çoxdur.
NUHÇIXAN xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir. İxrac olunan məhsulların dəyəri 2,7 dəfə artaraq 385,8 milyon dollar olub.
Xatırladaq ki, 2025-ci ilin eyni dövründə Azərbaycandan 281,6 min ton neft məhsulları ixrac edilib, həmin ixracın dəyəri 140,7 milyon dollar təşkil edib.
