Vergiödəyicilərinə xidmət mərkəzlərində 450 mindən çox xidmət göstərilib

A- A A+

Bu ilin yanvar-iyun ayları ərzində vergiödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 276 min 793 müraciət qəbul edilib. Həmin müraciətlər üzrə 454 min 992 sayda xidmət göstərilib.

Dövlət Vergi xidmətindən NUHÇIXAN-a bildirilib ki, xidmət mərkəzlərində əməliyyat xarakterli müraciətlər, əsasən, aşağıdakılardan ibarət olub və ümumi xidmətlərin sayında xüsusi çəkisi 54,4 faiz təşkil edib:

Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

Vergiödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);

Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığortahaqqının ödənilməsi haqqında qəbzin verilməsi;

“ASAN İmza” sertifikatlarının verilməsi;

Vergiödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

Vergiödəyicisinə arayışların verilməsi;

Vergiödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması);

Fiziki şəxsin uçotdan çıxarılması.

Yanvar-iyun ayları vergiödəyicilərindən daxil olmuş 14,7 min yazılı müraciət cavablandırılıb, 12,8 milyon məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Həmin dövr ərzində 2806 vergiödəyicisinin iştirakı ilə 194 görüş keçirilib, 3413 vergiödəyicisinə ünvanlı xidmət göstərilib. Vergiödəyicilərinin məlumatlandırılması istiqamətində preventiv tədbirlərin görülməsi məqsədilə onların mobil nömrələrinə 3 milyon SMS göndərilib.

Altı ayda ümumilikdə 145 min 61 müraciət üzrə 226 min 804 “ASAN İmza” sertifikatı verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: