Bu ilin yanvar-iyun aylarında ölkədən neft koksunun ixracının həcmi 17,9 faiz artaraq 116,5 min ton təşkil edib.
NUHÇIXAN Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, ixrac edilən məhsulun dəyəri isə 48,9 faiz artaraq 46 milyon 405,4 min dollar olub.
Xatırladaq ki, 2025-ci ilin eyni dövründə Azərbaycandan 98,86 min ton və ya 31 milyon 158,5 min dollar dəyərində neft koksu ixrac edilib.
