Qazaxıstanın Azərbaycanla xarici ticarət dövriyyəsi 2026-cı ilin yanvar-may aylarında 150 milyon dolları keçib.
NUHÇIXAN Qazaxıstan Milli Statistika Bürosuna istinadla xəbər verir ki, bu ölkənin Azərbaycana ixracı 127,7 milyon dollara çatıb. Azərbaycandan Qazaxıstana idxalın həcmi isə 22,5 milyon dollar təşkil edib.
Qazaxıstanın ümumi xarici ticarət dövriyyəsinin 0,3 faizi Azərbaycanın payına düşür. Ölkənin Qazaxıstan ixracında payı 0,4 faiz, idxalında isə 0,1 faiz olub.
