Yanvar-iyun aylarında əsas kapitala 9,3 milyard manatadək investisiya yönəldilib

A- A A+

Bu ilin yanvar-iyun aylarında əsas kapitala 9 milyard 295,2 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 13,8 faiz çox investisiya yönəldilib.

Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi real ifadədə 34,3 faiz artaraq 3 milyard 163,6 milyon manat, qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 5,5 faiz artaraq 6 milyard 131,6 milyon manat olub.

Əsas kapitala yönəldilmiş investisiyaların həcmi məhsul istehsalı sahələri üzrə real ifadədə 22,1 faiz artaraq 5 milyard 41,6 milyon manat, xidmət sahələri üzrə real ifadədə 9,3 faiz artaraq 2 milyard 955,2 milyon manat, yaşayış evlərinin tikintisinə yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 2,7 faiz azalaraq 1 milyard 298,4 milyon manat olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: