Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 5 faizdən çox artıb

A- A A+

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda yanacaq istehlakçıları 2 milyard 38 milyon manat məbləğində avtomobil yanacağı alıblar.

Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, 2025-ci ilin müvafiq ayları ilə müqayisədə avtomobil yanacağı satışından əldə edilən gəlir 5,2 faiz artıb.

Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil yanacağı satışından 6,3 faiz gəlir əldə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: