Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında 835,5 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub.
Bu barədə NUHÇIXAN-a Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisəsə 2,5 % çoxdur.
Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 2,2 % artaraq 1 768 manat təşkil edib.
Xatırladaq ki, 6 ay ərzində Azərbaycanda Azərbaycanda 65 milyard 207 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, ötən ilin eyni dövrünə nisbətən 0,8 % çoxdur. O cümlədən, son 1 ildə ölkənin neft-qaz ÜDM-nin dəyəri 0,7 % azalaraq 19 milyard 610,5 milyon manata düşüb, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 1,5 % artaraq 55 milyad 596,5 milyon manata çatıb.
