Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 23 % artıb

A- A A+

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında əsas kapitala 131,7 milyon manat vəsait yönəldilib.

Bu barədə NUHÇIXAN-a Naxçıvanın Nazirlər Kabinetindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 % çoxdur.

Ötən 6 ayda investisiya qoyuluşunun 41,4 %-i məhsul istehsalı sahələrinə, 13,1 %-i xidmət sahələrinə, 45,5 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala vəsait qoyuluşunun 118,7 milyon manatı və yaxud 90,1 %-i tikinti-quraşdırma işlərinin payına düşmüşdür ki, bu da 1 il əvvələ nisbətən 41,3 % çoxdur.

Xatırladaq ki, 6 ay ərzində Azərbaycanda əsas kapitala 9 milyard 295,2 milyon manat investisiya yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 13,8 % çoxdur. O cümlədən, son 1 ildə neft-qaz sektoruna invetisiya qoyuluşu 34,3 % artaraq 3 milyard 163,6 milyon manat, qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu 5,5 % artaraq 6 milyard 131,6 milyon manat təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: