Naxçıvanda sənaye və kənd təsərrüfatı istehsalına dair vəziyyət açıqlanıb

A- A A+

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında 275,9 milyon manatlıq sənaye məhsulu istehsal olunub.

Bu barədə NUHÇIXAN-a Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 % çoxdur.

Sənaye məhsulunun 242,7 milyon manatlıq hissəsi malların, 33,3 milyon manatlıq hissəsi xidmətlərin payına düşüb, 0,1 %-i mədənçıxarma, 82,9 %-i emal, 15,4 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,6 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Bundan başqa, 6 ay ərzində muxtar respublikada 151,5 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu isə 1 il əvvələ nisbətən 0,4 % azdır. İstehsalın 46,2 milyon manatlıq hissəsi bitkiçilik, 105,3 milyon manatlıq hissəsi isə heyvandarlıq üzrə olub.

Hesabat dövründə Naxçıvanda 3,5 milyon ton yük və 23,5 milyon sərnişin daşınıb. Bunlar isə illik müqayisədə müvafiq olaraq 1,1 % və 0,9 % çoxdur.

Eyni zamanda yanvar-iyun aylarında informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin eyni dövrünə nisbətən 60,2 % azalaraq 7,9 milyon manat olub. Xidmətlərin 38,5 %-i qeyri-dövlət sektorunda formalaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: