“Goldman Sachs”: Dördüncü rübündə “Brent”in qiyməti 110 dolları ötə bilər

A- A A+

Cari ilin dördüncü rübündə “Brent” markalı xam neftin bir barelinin qiyməti 110 dollardan yuxarı qalxa bilər.

NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ-nin qabaqcıl investisiya banklarından olan “Goldman Sachs”ın məlumatında deyilir.

Bildirilir ki, Körfəz bölgəsindən ixracın bərpası gecikməyə davam edərsə, “Brent” neftinin qiyməti dördüncü rübdə 110 dolları ötə bilər.

“Əgər gərginlik azalarsa və istehsal gözləniləndən daha tez bərpa olunarsa, qiymətlər ilin sonuna qədər təxminən 60 dollara düşə bilər”, - deyə bank qeyd edir.

Qeyd edək ki, son həftə ərzində gəmilərə hücumlar və ABŞ-nin İran dəniz gəmiçiliyinə yenidən blokada tətbiq etməsi səbəbindən Hörmüz boğazından neft daşımaları əhəmiyyətli dərəcədə azalıb. Supertankerləri hədəf alan hücumlardan sonra Körfəzdə Səudiyyə Ərəbistanının neft daşımaları kəskin şəkildə aşağı düşüb.

Beynəlxalq Dəniz Təşkilatı (IMO) isə boğazın hələ də kommersiya gəmiləri üçün təhlükəsiz olmadığını bəyan edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: