Bu ilin yanvar-iyun aylarında ölkədən 12 min 296,31 ton pambıq ipliyi ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
Dövlət Gömrük Komitəsindən NUHÇIXAN-a bildirilib ki, ixrac edilən pambıq ipliyinin dəyəri 2,1 dəfə artaraq 27 milyon 574,98 min dollar olub.
Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycandan 12 milyon 908,82 min dollar dəyərində yəni, 5 418,1 ton pambıq ipliyi ixrac edilib.
