Bu ilin yanvar-iyun aylarında neft-qaz sektoruna 3 milyard 163,6 milyon manatlıq vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a verilən məlumata görə, hesabat dövründə ölkənin neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 34,3 faiz artıb.
Qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə sözügedən göstərici 2 milyard 320,5 milyon manat səviyyəsində olub.
