Yanvar-iyun aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 903 milyon manat olmaqla, əvvəlki illə müqayisədə 5,7 faiz azalıb.
Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a verilən məlumata görə, neft məhsullarından avtomobil benzinin istehsalı 4,7 faiz artıb, mazut istehsalı 9,2 faiz, ağ neft istehsalı 22,5 faiz, neft bitumu istehsalı isə 47,9 faiz azalıb.
