Yeni münaqişə ocağı neftin qiymətini daha da artıracaq

A- A A+

Yaxın Şərqdə yeni münaqişə ocağının qızışması gözlənilir ki, bu da dünya bazarında neftin qiymətinin kəskin şəkildə artmasına səbəb ola bilər.

NUHÇIXAN xəbər verir ki, Yəmənin husi qiyamçıları müraciət paylaşaraq Səudiyyə Ərəbistanını dəniz blokadasına aldığını bəyan edib. Müraciətdə deyilir ki, Qırmızı dənizdən Səudiyyə Ərəbistanının limanlarına daxil olan və tərk edən bütün gəmilər hədəf alınacaq.

Hörmüz boğazının bağlı qalması ilə əlaqədar olaraq Yaxın Şərq ölkələri Qırmızı dəniz vasitəsilə dünya bazarına xam neft ixracını artırmışdı. Hörmüz boğazı qədər geniş infrastruktura malik olmasa da, Qırmızı dənizdən neft ixracının həyata keçirilməsi bazarda neftin qiymətinin 100 dolları aşmasının qarşısını alırdı.

Husilərin bəyanatından sonra iyulun 21-də bir bareli 91 dollara satılan “Brent” markalı xam neftin qiyməti iyulun 22-də 92,02 dollara satılır. Bununla yanaşı, “Light” markalı neftin qiyməti 1,80 dollar artaraq 85,03 dolara yüksəlib. Azərbaycanın “Azeri Light” markalı nefti 98,73, Rusiyanın “Urals” markalı nefti isə 68,80 dollara kimi bahalaşıb.

“Bloomberg” yazır ki, Hörmüz boğazının açılmasına istiqamətində göstərilən cəhdlər əks təsir verir və vəziyyət düzəlməkdən daha da gərginləşir. İran və ABŞ-nin qarşılıqlı addımları dünya bazaranda təkcə neftin deyil bütün istehlak mallarının bahalaşmasına səbəb olacaq.

Digər tərəfdən sığorta şirkətləri Yaxın Şərqdən neft daşıyan tankerləri sığortalamaqdan imtina edirlər. Tanker və digər yük gəmilərinin Hörmüz boğazında və Qırmızı dənizdə keçdiyi zaman təhlükəzisliyinə zəmanət verilmir. Bu səbəbdən də sığorta şirkətləri gəmilərə qarşı baş verəcək hər hansı bir hərbi hücum nəticəsində külli miqdarda sığorta pulu ödəmək məcburiyyətində qalırlar ki, bu da onları maliyyə itkisi ilə üz-üzə qoyur. Şirkətlərin bu addımı da bazarda neftin qiymətinin artmasına səbəb olur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: