Azərbaycan tomat ixracından gəlirini 10 % artırıb

A- A A+

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 135 min 640 ton tomat ixrac edib.

NUHÇIXAN Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə tomatın dəyəri 163 milyon 847 min ABŞ dolları olub.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 14 milyon 820 min dollar (9,9 % ), həcm baxımından isə 1 min 265,2 ton (0,9 %) çoxdur.

Hesabat dövründə tomat ixracından əldə edilmiş gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 1 %-ni təşkil edib.

6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb.

Son nəticədə xarici ticarətdə 7 milyard 979 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: