Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında 655 daşınmaz əmlak obyektinə yeni ünvan verilib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 37,3 % çoxdur.
Bu barədə NUHÇIXAN-a Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, bunlar 414 torpaq sahəsi, 86 mənzil, 60 qeyri-yaşayış binası, 52 fərdi yaşayış evi və 43 qeyri-yaşayış sahəsi olub.
6 ay ərzində Dövlət Xidmətinin tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri ümumilikdə 4 390 daşınmaz əmlak obyektinə dair texniki sənəd hazırlayıb. Hazırlanan sənədlərin 1 602-si daşınmaz əmlakın texniki pasportu, 2 788-i isə torpaq sahələrinin planı və ölçüsünü əks etdirən sənədlər olub.
