Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin sayı 31,2 faiz artıb
NUHÇIXAN xəbər verir ki, bu ilin yanvar–iyun ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara ümumilikdə 3,4 milyon manat güzəştli maliyyə dəstəyi göstərilib. Bu vəsait 101 layihənin maliyyələşdirilməsinə yönəldilib. Ötən ilin eyni dövrü ilə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 31,2 faiz artıb.
Qeyd edilən dövr ərzində maliyyələşdirilmiş layihələrin 92,1 faizi, güzəştli kredit məbləğinin isə 70,7 faizi regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.
