Azərbaycanda ehtiyat fondlarından ayırmalar 7 dəfədən çox artıb

A- A A+

Bu ilin I yarısında Azərbaycanda dövlətə məxsus ehtiyat fondlarından 144,5 milyon manat vəsait ayrılıb.

NUHÇIXAN Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 7,4 dəfə çoxdur.

Hesabat dövründə ölkə Prezidentinin ehtiyat fondundan 23,5 milyon manat, dövlət büdcəsinin ehtiyat fondundan isə 121 milyon manat ayrılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 89,5 % və 16,8 dəfə çoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: