Ötən ay fiziki şəxslərin müddətli əmanətləri 129,6 milyon manat artıb

A- A A+

Cari ilin iyun ayında fiziki şəxslərin müddətli əmanətləri 1,2 faiz və ya 129,6 milyon manat artıb.

NUHÇIXAN Mərkəzi Banka istinadla xəbər verir ki, fiziki şəxslərin əmanətlərinin 71,6 faizi (12 milyard 476.1 milyon manat) milli valyutada, 28,4 faizi (4 milyard 952.4 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 65,1 faizi (11 milyard 344.8 milyon manat) müddətli əmanətlərdən ibarətdir.

Bu ilin iyun ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2,1 faiz (4485 əmanətçi), ilin əvvəlindən isə 13,6 faiz (26 min 475 əmanətçi) artaraq 220,6 min nəfər təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: