İyunda bankların kredit portfeli 3 faiz və ya 935,5 milyon manat artaraq 31 milyard 821,3 milyon manat olub.
NUHÇIXAN Mərkəzi Banka istinadla xəbər verir ki, kredit portfelinin strukturu belədir: biznes kreditləri – 54 faiz (17 milyard 179,5 milyon manat), istehlak kreditləri – 31,2 faiz (9 milyard 917,3 milyon manat) və ipoteka kreditləri – 14,8 faiz (4 milyard 724,5 milyon manat).
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 74,6 faizi və ya 39 milyard 743,7 milyon manat. Depozit portfelinin 56,1 faizi (22 milyard 315,2 milyon manat) hüquqi şəxslərin, 43,9 faizi (17 milyard 428,5 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
