Altı ayda Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 18 faizdən çox artıb

A- A A+

Bu ilin ilk 6 ayında Azərbaycandan MDB ölkələrinə 1 milyard 14 milyon 90,3 min dollar dəyərində məhsul ixrac olunub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 18,2 faiz və ya 155 milyon 937,29 min dollar artım deməkdir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.

Hesabat dövrü ərzində Azərbaycan MDB ölkələrindən 1 milyard 693 milyon 811,45 min dollar dəyərində məhsul idxal edib ki, bu da illik müqayisədə 44 faiz və ya 1 milyard 331 milyon 92,45 min dollar azdır.

Hesabata əsasən, bu göstəricilər Azərbaycanın ümumi ixracının 6,21 faizini, ümumi idxalının isə 20,31 faizini təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: