Ölkədə fəaliyyətdə olan bankların cəmi aktivləri iyunda 60 milyard 940,4 milyon manat, cəmi öhdəlikləri 53 milyard 294,8 milyon manat, balans kapitalı 7 milyard 645,6 milyon manat olub.
NUHÇIXAN Mərkəzi Banka istinadla xəbər verir ki, iyun ayında bankların cəmi aktivləri 3 faiz, cəmi öhdəlikləri 3,3 faiz, balans kapitalı isə 1 faiz artıb.
